Əməliyyat üzrə mütəxəssis
Əməliyyat üzrə mütəxəssis
Tələblər:
·Təhsil: Orta ixtisas və ya Ali
·İstehsalat sahəsi rəhbər vəzifəsində minimum 3 il iş təcrübəsi
·Dil bilikləri: Rus və İngilis
·Proqram bilikləri: ERP və MRP
Bacarıqlar:
Məntiqi və strateji düşünmə
Liderlik, məqsədyönlük, tələbkarlıq
Təşkilati planlama və problemləri həll etmə
Müstəqil qərar vermə
Yüksək idarəetmə bacarığı
Vəzifələri:
·Mütəxəssislərin və işçilərin seçimi, vəzifəni və tapşırıqların icrasını izləmək.
·İclasların təşkili və istehsalat problemlərinin müzakirə edilərək həll yollarının tapılması.
·Istehsal proseslərində uzaq görən olmalı və işçiləri sistemləşdirilməsini bacarmalı.
·Tabeçiliyində olan istehsal, qablaşdırma, proseslərin avtomatlaşdırılması, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək. Bütün sifariş və layihələrlə bağlı öncədən istehsal müddəti, lazim olacaq xammal, iş qüvvəsinin işə cəlb olunması və digər məsələlərlə bağlı planlaşdırma etməli və bununla bağlı mütəmadi direktoru məlumatlandırmalıdır.
·İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına birbaşa nəzarət etmək və daim yüksək səviyyədə saxlamaq.
·İstehsalın idarəedilməsində qabaqcıl yerli və xarici təcrübəni öyrənmək, ümumiləşdirmək və praktikada tətbiq etmək.
·Əmək intensivliyi normaları və proqnozlaşdırılan xərclər, istehlak materiallarından istifadə normaları ilə əlaqəli müəssisənin normativ hüquqi aktlarının hazırlanması.
·Fabrika komandasının operativ idarəedilməsi və birbaşa şirəkətin rəhbərinə tabe olması.
İş barədə məlumat:
·Həftənin 6 günü 09:00-dan 18:00-dək
·Bazar günləri qeyri iş günü
·Nahar şirkət hesabına verilir
·İş yeri: Novxanı
Bu iş təklifi ilə maraqlanırsınız?
Bu formanı informasiyalarınızla doldurun və özünüz haqqında bizə məlumat verin. Biz sizi tanımaqda maraqlıyıq.