menu
searchAxtarmaq üçün bura yazın
Bakı · 04/10/2022 · İstehsal

Qaynaqçı

Qaynaqçı

Namizəd bilməlidir:
Yarımavtomat və qaz qaynağını;
Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
 
Vəzifə təlimatları:

Qaynaq olunacaq hissələri müəyyənləşdirmək. 

Qaynaq avadanlıqlarını yoxlamaq. 

Elektrik qaynaq aparatının işləkliyini yoxlamaq, istismara hazırlamaq. 

Elektrik xətlərinin sazlığının və elektrod tutucusunun işləkliyini yoxlamaq. 

Metalın qalınlığına və tərkibinə uyğun elektrodu seçmək. 

Seçilmiş elektroda uyğun cərəyan şiddətini seçmək. 

Elektrod tutucusuna elektrodu taxmaq. 

Qaynaq ediləcək hissələrin, boruların, detalların ölçülərini almaq. 

Qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq. Düz, üfüqi, şaquli, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq. Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək. 

 Boru, flyans birləşmələrini, implus xəttlərini, siyirtmələri, kəsilmiş hissələri və digər zəruri avadanlıqları qaynaq çubuğu ilə qaynaq etmək. 

Prosedura uyğun olaraq zədələnmiş hissələri təmir etmək. 

Kranların köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajı zamanı qaynaq işlərini aparmaq. 

Quraşdırma prosesində zədələnmiş və sınmış yerləri aşkar etmək və onları qaynaq vasitəsi ilə aradan qaldırmaq. 

Qaynaq edilmiş ərazini təmizləmək. 

Sex rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək. 

Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək. 

Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək. 

Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək. 

Tabeçiliyində olan avadanlıqlara texniki baxışı həyata keçirmək. 

İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək.

Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək. 

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

 

 
İş şəraiti:
İş saatı 09.00-18.00-dək
Həftədə 1 istirahət günü
Nahar şirkət hesabına verilir.
 
Qeyd: Qaynaqçı kimi iş təcrübəsi olmayan (xüsusi ilə bu sahə üzrə peşə hazırlığı keçmiş) namizədlər şirkətimizdə 1-3 ay müddətli ödənişli təlim-təcrübə proqramı keçib lazimi biliklərə yiyələnə bilərlər. Proqramı uğurla başa vuran namizədlər uyğun iş şəraiti ilə təmin olunurlar.


Bu iş təklifini paylaşın
Əlaqə formu

Bu iş təklifi ilə maraqlanırsınız?

Bu formanı informasiyalarınızla doldurun və özünüz haqqında bizə məlumat verin. Biz sizi tanımaqda maraqlıyıq.



Axtarış nəticələri: