Mərkəzi Park
22/05/2019 - 22/09/2019
İlk öncə Mərkəzi Parkın tarixi ilə bağlı məlumatlanaq. Bakı şəhərində yerləşən “Mərkəzi Park’”Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir. Parkın birinci hissəsi 22 may 2019-cu il tarixində ictimaiyyətin istifadəsinə verilmişdir.
Bu layihə çərçivəsində “IDEA”, landşaft sahəsi və xarici məkan üçün qeyd olunan metal və taxta proyektlərini uğurla istehsal etmişdir. Parkın hər bir guşəsində taxta materialdan hazırlanmış "On concrete" oturacaqlarımıza rast gələ bilərsiniz. Yapışqan laminatlı ağacdan istifadə etdiyimiz üçün skamyalar sərt hava şəraitinə qarşı davamlıdır. Skamyalar sizin rahat istirahətiniz üçün müxtəlif ölçü, rəng və uzunluqda yerləşdirilmişdir. Parkı gəzərkən yolunuzu itirsəniz sizə nə kömək ola bilər? Bildiyimiz kimi, Mərkəzi Park olduqca genişdir və burada gəzərkən parkın hər hansı hissəsinə getmək üçün sizin yol xəritəsinə ehtiyacınız olacaq. Şirkətimiz tərəfindən istehsal olunmuş “Lightbox” qutularda parkın sxemli xəritəsini rahatlıqla görə biləcəksiniz.
Layihənizlə bağlı köməyə ehtiyacınız var?
Biz sizin istənilən ideyanı reallığa çevirə bilərik. Biz sənətkar incəliyində layihələr həyata keçirir və unikal məhsullar yaradırıq.